Regionların 2019-2023-cü illərdə sosial-iqisadi inkişafı Dövlət Proqramlarında yol infrastrukturunun inkişafına geniş yer verilib.
"Unikal" xəbər verir ki, Lənkəran rayonunda da bu sahədə irimiqyaslı layihələrin həyata keçirilməsi hər il olduğu kimi dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq həyata keçirilir.
Lənkəran şəhərinin bütün küçələrinin tam asfaltlanması Lənkəran ŞİH-nin tədbirlər planında nəzərdə tutulub. Küçələrin yeni asfaltla döşənməsi işləri dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq növbəlilik əsasında hissə-hissə həyata keçirilir.
Belə ki, növbəti asfaltlanma işlərinə şəhərin 8 küçəsində başlanılıb və 4453 metr, 25832 kv/m sahəyə asfaltın döşənməsi nəzərtə tutulur. Abadlıq quruculuq işləri çərçivəsində yol çiyinlərinin yenidən qurulması və yol boyu abadlıq işlərinin aparılması planlaşdırılır. Qeyd edək ki, cari ildə Liman şəhərində də 2 küçənin asfaltlanması nəzərdə tutulub. Lənkəran sakinləri şəhərin yollarının yüksək səviyyəli asfalt örtüyü ilə döşənməsindən məmnun olmaqla bərabər, işdə əməyi keçən hər kəsə, dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.