Kolumbiyanın Risaralda bölgəsində torpaq sürüşməsi nəticəsində çox sayda insan ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Pedro Tvitterdə bildirib.
“Təəssüflə bildirmək istəyirəm ki, Risaraldada ölənlərin sayı 27 nəfərə çatıb. Onların üçü uşaqdır”,- deyə Prezident qeyd edib.
Qeyd edək ki, yağışlar nəticəsində yerindən çıxan daş parçaları avtobusa və bir neçə avtomobilə dəyib. Dağıntılar altında qalan avtobus və digər nəqliyyat vasitələrində olan insanların dəqiq sayı məlum deyil.