Ukrayna ordusunun Rusiya Federasiyasının Hərbi Kosmik Qüvvələrinin aerodromuna PUA hücumu nəticəsində 3 hərbçi ölüb, dördü yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

“Texniki heyətdən 3 nəfər ölüb, 4 nəfər yaralı vəziyyətdə hospitala çatdırılıb. Onlara lazımi yardım edilir” – deyə MN sözçüsü İqor Konaşenkov bildirib.