Əfsanəvi braziliyalı futbolçu Pele sosial şəbəkələrdəki səhifəsində 2022-ci il dünya çempionatının 1/8 final mərhələsinin Braziliya və Cənubi Koreya milliləri arasında keçiriləcək oyununu xəstəxanadan izləyəcəyini bildirib .
"Unikal" xəbər verir ki, futbol əfsanəsi noyabrın 30-da xəstəxanaya yerləşdirilib. Ona ürək çatışmazlığı da daxil olmaqla ümumi bədən ödemi, həmçinin çaşqınlıq diaqnozu qoyulub.
Dekabrın 3-də media braziliyalının orqanizminin kimyaterapiyaya cavab vermədiyini və o, ağrı simptomlarını aradan qaldırmaq və ölümcül xəstəliklər zamanı rahat vəziyyət yaratmaqdan ibarət palliativ yardım aldığını bildirib. Pele özü pərəstişkarlarını inandırıb ki, müalicəsini həmişəki kimi davam etdirir.
“1958-ci ildə atama verdiyim sözü necə yerinə yetirəcəyimi düşünərək küçələri gəzdim. Bilirəm ki, bu gün çoxları oxşar vədlər verib. Bu gün kimsə Dünya Kubokunda ilk qələbəsinə gedən yolu davam etdirəcək. Mən oyunu xəstəxanadan izləyəcəm və hər birinizi çox sevəcəyəm”, - deyə Pele yazıb.
Bundan əvvəl Pelenin qızı Flavia Nascimento atasının xəstəliyinin son mərhələsinə keçməsi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi .