Tokionun Yodoqava rayonunda tikinti işləri aparılan zaman yeraltı su qurğusunda partlayış olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə baş verən zaman ətrafda olan insanlardan biri yaralanıb. O, xəstəxanaya yerləşdirildikdən sonra ölüb.
Hadisə yerli vaxtla səhər saat 11 radələrində (Bakı vaxtı ilə 07:00) baş verib. Partlayışdan sonra
Bundan başqa, daha bir inşaatçının yerin 20 metr dərinliyindəki kanalizasiya quyusunda blokada qaldığı bildirilir. Hazırda Tokio Yanğınsöndürmə İdarəsi onun xilas edilməsi ilə məşğuldur.
Partlayışın səbəbləri hələ dəqiqləşdirilməyib.
Ağarza Elçinoğlu