Əfqanıstanın Məzari-Şərif şəhərində avtobusun keçidi sırasında yol kənarında bombanın partlaması zamanı 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstanın Bəlx vilayətinin təhlükəsizlik xidmətinin nümayəndəsi Məhəmməd Asif Vəziri deyib.

***10:14

Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.

Hadisənin baş vermə səbəbi araşdırılır.