"24 fevral sərhədlərinə qayıdış Ukrayna münaqişəsinə son qoymayacaq".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “ The Economist” ə müsahibəsində deyib.

"Bu, final olmayacaq, çünki heç kim təhlükəsizlik zəmanətlərinin nə olduğunu başa düşmür" .

Prezidentin sözlərinə görə, heç kim təhlükəsizlik təminatının nə olduğunu bilmir. Zelenski qeyd edib ki, bundan əvvəl Budapeşt Memorandumunu imzalamaqla Ukrayna “işləməyən” bu cür zəmanətlərə cavab olaraq nüvə silahından imtina edib.

Ukrayna lideri qeyd edib ki, indi onun ölkəsi əvvəlki qərarların nəticələri ilə üzləşib.

“Niyə tək Ukrayna bu qədər yüksək qiyməti ödəyir? Biz dəstək verənlərə minnətdarıq, amma ödəyən bizik” deyə Zelenski bildirib.

Gültəkin