Peruda prezident Pedro Kastilonun dekabrın 7-də Konqresdəki vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda ölənlərin sayı 18-ə yüksəlib, 426 nəfər isə yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Lima başda olmaqla Apurimac, Ancash, Ayacucho, Cajamarca, Cusco, Moquegua, Puno və San şəhərlərində küçələrə çıxan nümayişçilər polislə toqquşub.
Ombudsman Aparatından verilən açıqlamada təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmada 216-sı polis, 210-u mülki olmaqla cəmi 426 nəfər yaralanıb.
Etirazların sıx keçdiyi Ayacucho və Apurimac şəhərləri 13 ölümlə ən çox ölüm qeydə alınan şəhərlər olaraq diqqət çəkib.
Seymur Əli