Rusiya hərbçiləri Xerson vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.

"Unikal" xəbər verir ki, bu barədə fevralın 3-də Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, təyyarə Çervonoarmeyskoye kəndi yaxınlığında vurulub.

***15:37

Rusiyanın daha bir Su-25 hücum təyyarəsi məhv edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyası açıqlayıb. 

Təyyarə Baxmut bölgəsində "İqla-1" hərbi vasitəsi tərəfindən vurulub. 

Məlumata görə, ruslar Baxmut istiqamətində döyüş qabiliyyətini və hava üstünlüyünü qismən itirir.

Ağarza Elçinoğlu