Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsi üçün Ukraynaya 25 milyon avro ayıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
"Təhlükənin qaldığı bu ərazilərdə minalardan təmizləmə səylərini dəstəkləmək üçün 25 milyon avroya qədər vəsait ayıracağıq", - Borrell qeyd edib.
Onun sözlərinə görə, mülki şəxslərin müdafiəsi Aİ üçün prioritetdir.
Ağarza Elçinoğlu