İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verən zəlzələdə 4 nəfər həyatını itirib.  

"Unikal" xəbər verir ki, Cayapurada 22 kilometr dərinlikdə baş verən zəlzələdə "üzən restoran"ın dənizə aşması nəticəsində 4 nəfər ölüb.

İndoneziya Milli Fəlakət İdarəsi Agentliyinin (BNPB) sözçüsü Əbdül Muhari həyatını itirənlərin cəsədlərinin "üzən restoran"ın altında qaldıqları yerdən çıxarıldığını açıqlayıb.

Muhari bölgədəki bəzi binalara və səhiyyə ocaqlarına ziyan dəydiyini bildirib.

Qeyd edək ki, İndoneziyanın Aceh bölgəsində 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirmişdi.

***11:14

İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat yayıb.

Mərkəzdən bildirilib ki, seysmik aktivlik hələlik səngimir.