Fevralın 6-da saat 04.17-də Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7.7 bal gücündə zəlzələnin yaratdığı dağıntı on minlərlə insanın ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki, ərazilərdə axtarış-xilasetmə işləri davam edərkən, sosial mediada paylaşılan foto diqqət çəkib.
Belə ki, güclü zəlzələ nəticəsində yerlə-yeksan olan binaların arasında İnşaat Mühəndisləri Palatasının Kahramanmaraş İl Nümayəndəliyi binası dağılmayıb. Fotonu paylaşan şəxs, "Daha çox sözə ehtiyac yoxdur. Elm və mühəndislik böyük zəlzələdən belə sağ qalacaq strukturlar qurmaq üçün kifayətdir", - deyə şərh edib.
Samirə Bəhramova