Kahramanmaraşda dağıntılar altında qalan qızının əlini buraxmayan ata ilk dəfə mətbuata danışıb.
"Unikal" xəbər verir ki, 49 yaşlı Məsut Hançer qızını xilas etmək üçün əlləri ilə dağıntıları qazdığını bildirib:
"Çox dua etdim, amma təəssüf ki, uduzduq. Şahzadəmi xilas etmək üçün dağıntıları əllərimlə qazdım. Amma onu çıxara bilmədim".
Ata 15 yaşlı qızı İrmakı bu gün dəfn edib. Qızının məzarı başında Almaniyanın "Bild" qəzetinə danışan ata, "Zəlzələ olanda çörək sexində işləyirdim. Həyat yoldaşıma zəng etdim. O, iki qızımın və oğlumun yaxşı və güvəndə olduğunu dedi. Amma o gecə kiçik qızım nənəsinin yanında qalmaq istəmişdi. Ondan xəbər ala bilmədik. Dərhal anamın evinə getdim. Artıq gecidi. Bina dağılmışdı".
Qeyd edək ki, dağıntılar altında qızının əlindən tutan Məsut Hançerin fotoşəkili qısa zamanda sosial mediada hər kəsi dərin kədərə boğub.
Gülayə Mecid