Qaziantepdə zəlzələ nəticəsində 5 mərtəbəli yaşayış binası tamamilə dağılıb.
"Unikal" xəbər verir ki, ərazidə axtarış-xilasetmə işləri davam edir. Belə ki, 94 saat sonra dağıntılar altında sağ çıxarılan 17 yaşlı Adnan Muhammet Korkut mətbuata danışıb.
O, bu 94 saat ərzində yaşadığı anları yerli KİV-lə bölüşüb:
"Zəlzələ olanda salonda idim. Bir anlıq özümü dağıntılar altında tapdım. Üşüməmək üçün üzərimə adyal atdım. Dağıntılar altından çıxmaq üçün çox çalışdım, amma bacara bilmədim. Günlərlə hərəkət etmədən orada qaldım. Aclıqdan ölməmək üçün anamın çiçəklərini yedim, su olaraq da öz idrarımı içdim. Telefonum çəkmirdi. Sakitcə AFAD-ın gəlməsini gözlədim. Anam və atamdan xəbərim yox idi. Sadəcə itimin səsini eşidirdim. Çoxlu dua edirdim. Şükürlər olsun ki, 94 saat sonra dağıntılar altından çıxarıldım".