Türkiyənin mərkəzi Kahramanmaraşda baş verən iki şiddətli zəlzələdən sonra yaralıların və dağıntılar altında olanların xilası üçün işlər davam edir.
"Unikal" xəbər verir ki, İsveçin ən çox oxunan qəzetlərindən olan "Expressen", zəlzələnin episentri olan Kahramanmaraşdakı son hadisələri ictimaiyyətə çatdırıb.
Belə ki, qəzetdə dondurma daşıyan maşınların dağıntılar altından çıxarılan insanların cəsədlərinin daşınması üçün istifadə edildiyini, morqlarda yer qalmadığını bildirib.
“Morqlarda yer qalmadığı üçün cəsəd torbaları yerdə qalıb. Ölənlərin sayının artacağı ilə bağlı narahatlıq var",- KİV qeyd edib.