Türkiyənin dörd bir yanındakı hotellərimizdə, yataqxanalarımızda, qonaq evlərimizdə zəlzələdə evlərini itirən vətəndaşlarımıza qalmaq üçün yerlər təşkil etmişik.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışı zamanı deyib.
"460 000 vətəndaşımız Təhsil Nazirliyinə bağlı məktəblərə, yataqxanalara, təcrübə hotellərinə və müəllim evlərinə yerləşdirilib. Digər müvəqqəti sığınacaq mərkəzlərində isə ümumilikdə 1 milyon 100 min insan var", - o vurğulayıb.