Türkiyənin 10 əyalətində təhsil 1 mart tarixinə qədər dayandırılır.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Mahmud Özer deyib.
Nazir deyib ki, fevralın 20-də 71 vilayətdə dərslər başlayacaq:
“Martın 1-nə kimi 10 əyalətdə təhsili dayandırırıq. İlk növbədə, zəlzələ zonası olmayan 71 əyalətdə təhsil davam etdiriləcək. Zəlzələ baş verən 10 əyalətdə valideynlər övladlarını başqa əyalətlərə köçürə biləcəklər. Digər əyalətlərdəki məktəblərin tutumunu artırmaq üçün çalışırıq. Özəl təhsil müəssisələri ilə görüşdük. Biz bu qurumların imkanlarını 3 faizdən 10 faizə qaldırdıq”