Kahramanmaraşda baş verən zəlzələlərin təsirinə məruz qalan və ciddi ziyan dəyən 9 mərtəbəli bina söküntü işləri davam edərkən uçub.
"Unikal" xəbər verir ki, zəlzələlərdən sonra boşaldılan binanın uçma riski olduğundan onun ətrafında təhlükəsizlik tədbirləri görülüb və magistral yol avtomobillərin hərəkəti üçün bağlanıb.
Bina boşaldıldıqdan sonra tikinti texnikası ilə mütəxəssis qrupların nəzarəti altında zədələnmiş binanın sökülməsinə başlanılıb. Sökülməyə davam edən bina bir müddət sonra uçub. Tikinti texnikası ilə dağıntıların təmizlənməsi işləri davam etdirilir.