Panama ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, 60-dan çox miqrantı daşıyan avtobusun uçurumdan yuvarlanması nəticəsində, azı 33 nəfər həlak olub. Hadisə Panamanın Kosta-Rika ilə sərhədində yerləşən Çiriki əyalətindəki müvəqqəti yaşayış məntəqəsi istiqamətində baş verib.
Panama Prezidenti Laurentino Kortisonun sözlərinə görə, hökumət zərərçəkənlərə tibbi yardım göstərir.
Qəza qurbanlarının milliyyəti barədə məlumat verilmir.