Ümumdünya Səhiyyə Təşkilatı meymuniçəyinin qlobal yayılmasının beynəlxalq narahatlıq doğurduğunu əsas gətirərək ictimai səhiyyədə fövqəladə vəziyyəti uzadıb.
"Unikal" xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib.
"Komitə meymuniçəyinin qlobal sağlamlıq fövqəladə halı olaraq qaldığı qənaətinə gəldi"- deyə o, bildirib.
Təşkilatın saytında yerləşdirilən bəyanatda deyilir ki, ÜST daha əvvəl meymunçiçəyini beynəlxalq fövqəladə vəziyyət elan edib .
ÜST-nin son məlumatlarına görə, dünyada 77 264 meymuna yoluxma hadisəsi , 36 ölüm, 109 ölkədə yoluxma faktı təsdiqlənib .