Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 12 nəfər xəsarət alıb. Məlumata görə, hadisə nəticəsində 4 yaşayış binası tamamilə, 35-i isə qismən dağılıb, daha 5 təsərrüfat obyektinə ziyan dəyib.
Hazırda dəymiş zərərin məbləği hesablanır.