Ermənistanda polis əməkdaşları Müdafiə Nazirliyinin keçmiş binasında yaşayan ailələrdən 22 nəfəri həbs edib.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, nazirliyin binasında qanunsuz məskunlaşaraq oranı tərk etməyən insanlar polisin qanuni tələblərinə tabe olmadıqları üçün tutulublar.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən 200-ə yaxın erməni ailəsinin məskunlaşdığı binada əməliyyat aparılır.
***11:57
Ermənistan müdafiə nazirliyinin keçmiş binasını qanunsuz şəkildə zəbt edərək orada məskunlaşan erməni ailələrlə polislər arasında qarşıdurma yaşanıb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda nazirliyin köhnə binasında sakinlərin ərazidən çıxarılması istiqamətində əməliyyatlar aparılır.
Vətəndaşlar onlara əvvəlcədən heç kimin xəbərdarlıq etmədiyini iddia edərək polisə qarşı müqavimət gösrətib.
Qeyd olunub ki, 2022-ci ilin mayında hökumət binanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin balansına verib. 2022-ci ilin sentyabrından tədricən binada ailələr peyda olub.
Məlumata görə, hazırda binada 150-200 ailə yaşayır.
Ağarza Elçinoğlu