Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olub.
"Unikal" xəbər verir ki, Kahramanmaraşın Onikisubat rayonunda mətbəx əşyalarının satıldığı binanın birinci mərtəbəsindəki mağaza diqqət çəkib.
Belə ki, iki güclü zəlzələdən sonra minlərlə binanın uçduğu fəlakətdə mağazadakı rəf və piştaxtalardakı boşqab, şüşə və mətbəx əşyaları yerə düşməyib.
Maraqlısı budur ki, mağazanın qarşısındakı yaşayış binaları tamamilə dağılıb. Hazırda həmin binalarda axtarış-xilasetmə işləri davam edir.