Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5800-ü ötüb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, məlumatı BMT-nin müşahidə missiyası yayıb. Bildirilib ki, yaalananların sayı 6 000-dən çoxdur.
Rəsmi Dəməşq isə təbii fəlakət nəticəsndə 2 200 nəfərin öldüyünü açıqlayıb.
Suriyada İnsan Hüququları təşkilatının məlumatına görə, zəlzələ nəticəsində ölən və itkin düşənlərin sayı 7 mindən çoxdur.