Rusiya müdafiə nazirliyinin Qərb Hərbi Dairəsinin maliyyə idarəsinin rəisi Marina Yankina Sankt-Peterburqda ölü tapılıb.

"Unikal" xəbər verir ki, Yankinanın ölüm faktını Qərb Hərbi Dairəsinin mətbuat xidməti təsdiqləyib.

Rusiya hərbi idarəsinin yüksək rütbəli məmurunun meyiti dünən səhər saatlarında yaşadığı mənzilin pəncərəsinin altında tapılıb.

Hələlik hüquq-mühafizə orqanları baş verənlərlə bağlı şərh verməyib.

Ağarza Elçinoğlu