Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda həbsxana avtobusu ilə yük maşını toqquşub.
"Unikal" xəbər verir ki, qəza nəticəsində 23 nəfər yaralanıb.
Məlumata görə, Tarsus həbsxanasında məhbusları daşıyan avtobusla yük maşını yol ayrıcında üz-üzə qəza törədib. Qəzada 11 jandarma, 10 məhbus, 1 personal və TIR sürücüsü yaralanıb.
Ağarza Elçinoğlu