Pekin və Tehran arasında 3,5 milyard dollarlıq 19 müqavilə imzalanıb.
"Unikal" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak bildirib.
Onun sözlərinə görə, təkcə sənaye, təbii ehtiyatlar və ticarət sahəsində İran 20 anlaşma memorandumundan əlavə 19 müqavilə və saziş bağlayıb.
Tərəflər həmçinin texnologiyanın ötürülməsi, ölkədə İran və Çinin kiçik və orta müəssisələri üçün birgə sənaye zonasının yaradılması barədə razılığa gəliblər.
Ağarza Elçinoğlu