Pakistanın Kəraçi şəhərində polis idarəsinə hücumda 4 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Sind əyaləti hökumətinin sözçüsü Murtaza Vahab Siddiqi bildirib.
Həlak olanlardan ikisi polis, biri texniki işçi, digəri isə hərbiləşdirilmiş dəstənin üzvüdür.
20:32
Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib.
"Unikal" xəbər verir ki, Pakistan mətbuatı polis idarəsinin binasına azı 8-10 terrorçunun daxil olması ilə bağlı məlumat yayıb.
Binanın daxilində 2 saata yaxındır ki, atışma səslərinin eşidildiyi bildirilir.
İnsident zamanı xilasetmə rəsmisinin yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.