Türkiyədə baş verən zəlzələdən sonra başladılan axtarış-xilasetmə işləri fevral ayının 19-u axşam saatlarında yekunlaşdırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Afet və Acil Durumlar xidmətyinin sədri Yunus Sezər açıqlayıb.
"Axtarış-xilasetmə işləri sabah axşam saatlarından etibarən dayandırılacaq. Hatay boyu böyük bir konsentrasiya var və orada 13 minə yaxın axtarış-xilasetmə personalı çalışır", - Sezər qeyd edib.
Ağarza Elçinoğlu