Türkiyə Böyük Millət Məclisinin işindəki fasilə fevralın 28-dək uzadılıb.
"Unikal"Anadoluya istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrupunun sədr müavini Mustafa Elitaş Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə Məclis işindəki fasilənin 28 fevrala qədər uzadıldığını açıqlayıb.
“Deputatlarımızın əksəriyyətinin zəlzələ bölgəsində olması səbəbindən siyasi partiyalarımızın razılığı ilə TBMM-nin işinin 28 fevral 2023-cü il tarixinə qədər dayandırılması qərara alınıb. Tez sağal, Türkiyəm”, - açıqlamada qeyd olunub.