Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,7 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 16:04-də qeydə alınıb.