"Zəlzələ bölgəsində bir suçiçəyi hadisəsi təsbit edilib, qrip kimi hadisələrdə epidemiyaya səbəb olacaq bir vəziyyət yoxdur".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
Nazir twitter hesabından paylaşım edərək, “Zəlzələ bölgəsində bir suçiçəyi hadisəsi aşkarlanıb. Kəskin bağırsaq infeksiyalarında artım var, xəstəxanaya yerləşdirilən xəstələr azdır. Qrip kimi hallarda epidemiyaya səbəb olacaq bir vəziyyət yoxdur. Saxta xəbərlər və çaxnaşma əhalinin sağlamlığına xələl gətirir”, - deyə bildirib.