Ermənistanda 2 hərbçi qar uçqunu nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, Ermənistan MN-in məlumatına görə, hadisə Xnatsax kəndi (Xanazax, Gorus rayonunda kənd - red.) yaxınlığında olub.
"Uaz" markalı avtomobili dərəyə yuvarlanıb, nəticədə müqaviləli hərbi qulluqçular Zorand Hranti Arzumanyan və Zorak Samveli Yeranosyan ölüblər.
Bildirilib ki, ölənlərin hər ikisi polkovnik-leytenant olub. Zorand A. hərbi hissədə komandir müavini, Zorak E. N saylı hərbi hissədə tabor komandiri kimi xidmət edirlər.
Məlumata görə, daha iki hərbçi yaralı vəziyyətdə qarnizon hospitalına çatdırılıb.
Qeyd edək ki, Ermənistan ordusunun daha bir hərbi qulluqçusu fevral ayının 19-da naməlum şəkildə aldığı güllə yarasından ölmüşdü.
Ağarza Elçinoğlu