Ermənistanın paytaxtı İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, aksiyaya toplaşanlar Qeqarkunik rayonunun Azat kəndi ərazisində baş vermiş faciəvi yanğında həlak olan hərbçilərin valideynləridir.
Qeyd edək ki, yanvarın 19-da Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib və nəticədə 15 hərbçi ölüb.