Bu gün Əfqanıstan və Pakistan sərhədində atışma olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, hadisədən sonra Xeybər keçidi yaxınlığındakı Torxam sərhəd keçid məntəqəsi bağlanılıb. 

Silahlı insidentdə ölən və yaralanan barəsində məlumat verilməyib. Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində Taliban administrasiyası polisinin sözçüsü "Sərhəd bağlıdır, təfərrüatları sonra paylaşacağıq", - deyə  açıqlama yayıb.