ABŞ prezidenti Cozef Bayden Kiyevə elan olunmamış səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Ağ Ev rəhbərini Ukraynada gücləndirilmiş mühafizə xidməti qoruyur. Belə ki, ABŞ-ın strateji kəşfiyyat təyyarələri Ukrayna-Polşa sərhədi boyunca uçuşlar həyata keçirir. Bu gün səhər qatarla Ukrayna ərazisinə gedən Baydenin avtomobil korteji ABŞ-ın Kiyevdəki səfirliyinin yaxınlığında görüntülənib.