Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra dərc olunmuş bəyanatında bildirib.
"Şəxsi təhlükəsizliyə ciddi təhlükə olduğuna görə Aİ ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edir”,- mətndə deyilir.
Bundan əvvəl, fevralın 20-də Aİ Şurası ölkədə davam edən insan haqları pozuntularına görə İrana qarşı yeni sanksiyalar tətbiq edərək, daha 32 fiziki şəxs və iki qurumu qara siyahıya salıb.
Gülayə Mecid