Kahramanmaraşda baş verən 2 zəlzələdən sonra Hatayda yüzlərlə bina dağılıb, minlərlə obyekt isə zərər görüb.
"Unikal" xəbər verir ki, zəlzələnin dağıdıcı təsiri təkcə binalarda deyil, həmçinin Antakya Əsri qəbiristanlığında da görülüb. Belə ki, yaxınlarını ziyarətə gedən insanlar qəbirlərin zədələndiyi, bəzilərinin isə uçduğu görüblər.
Məzarlıqda yaranan mənzərə sakinlərin narahatlığına səbəb olub.