Episentri Türkiyənin Kahramanmaraş vilayətində olan zəlzələlərin ilk günündən Avropa ölkələri Türkiyəyə yardım əlini uzadıb. Dəstəklərinə görə hər bir ölkəyə və təşkilata minnətdarıq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheyi və İsveçin xarici ticarət naziri Yohan Forsellə birgə mətbuat konfransında deyib.
Türkiyəli nazirin sözlərinə görə, son həftələrdə Avropa İttifaqı Türkiyəyə fövqəladə yardım fondlarından yardım edib və 1750 xilasedici fəlakət zonasına göndərilib, onların səyləri nəticəsində 79 Türkiyə sakini xilas edilib:
"İsveç və Macarıstan da daxil olmaqla Avropa İttifaqına üzv olan 18 ölkə təbii fəlakət bölgəsinə humanitar yardım göndərib. O cümlədən, Avropa ölkələri Türkiyəyə 50 min qış çadırı göndərib".