Kahramanmaraş mərkəzli böyük zəlzələ Türkiyənin 10 vilayətində dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində on minlərlə insan həyatını itirib.
"Unikal" xəbər verir ki, zəlzələdən ən çox zərər görən ərazilərdən biri də Antakya rayonudur.
Belə ki, Tekkalan ailəsi yeni doğulan körpələrinin sayəsində həyatda olduqlarını dilə gətiriblər. Ata Ali Tekkalan bur barədə yerli KİV-ə danışıb.
"Saat 04:00 idi. 6 gün əvvəl dünyaya gələn körpəmiz ağlamağa başladı. Anası onu sakitləşdirə bilmədi. Biz birlikdə mətbəxə keçdik və körpəmizi sakitləşdirməyə çalışdıq. Bu zaman hər yer silkələndi və biz hadisədən tez xəbərdar olub lazimi əşyalarımız götürüb çıxdıq. 8-ci mərtəbədə yaşayırdıq. Pilləkənlərlə aşağı düşdük. Körpəmizin sayəsində həyatda qaldıq. O ağlamasaydı, bəlkə də biz dağıntılar altında qalmışdıq".
Tekkalan ailəsi zəlzələdən sonra Konyaya yerləşib.