Avropa İttifaqının hərbi missiyası bu ayın sonuna kimi 11 mindən çox, ilin sonuna isə daha 30 min Ukrayna əsgərinə təlim keçəcək.
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel deyib.
Onun sözlərinə görə, Aİ missiyası NATO vasitəsilə Ukraynaya çatdırılacaq tanklar üçün ekipajlara da təlim keçəcək.
Aİ, həmçinin Kiyevə silah-sursatın təcili tədarükü üçün Avropa Sülh Fondundan 1 milyard avro ayırmaq niyyətindədir. Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ 155 mm-lik sursatların birgə sürətləndirilmiş alışı üçün layihə hazırlayıb və bu məqsədlə daha 1 milyard avro ayrılmalıdır.