Rusiya Gürcüstanda birinci oxunuşda qəbul edilən və ikinci oxunuşda rədd edilən “Xarici agentlər” qanun layihəsi ilə bağlı baş verənləri diqqətlə izlədiyini bəyan edib.
"Unikal" xəbər verir ki, Moskva güman edir ki, kənar qüvvələr Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsi səpməyə çalışır. Gürcüstan müxalifəti rədd edilən sənədi “Rusiya qanunu” adlandırıb.
“Aydındır ki, xarici əl iştirak edir və o əl Gürcüstandan deyil, Rusiya əleyhinə əhval-ruhiyyəni idarə edən Amerikadandır. Gürcüstan prezidenti Salome Zurabişvilinin bu həftə ABŞ-da olması təsadüfi deyil”, - Kremlin sözçüsü Peskov bildirib.
O güman edir ki, Gürcüstanda təxribatlar ola bilər. Peskovun sözlərinə görə, Gürcüstanda kütləvi etirazlara səbəb olan xarici agentlər haqqında qanun layihəsi ilə Rusiyanın heç bir əlaqəsi yoxdur.