Ermənistan Hindistana Qara dəniz üzərindən ticarət dəhlizi təklif edib.
"Unikal" "The Economic Times"a istinadən xəbər verir ki, bu təklif Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri zamanı edilib.
Məlumata görə, yeni marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel olacaq. O, Mumbayı Azərbaycandan yan keçməklə İran və Ermənistan vasitəsilə Avropaya birləşdirəcək. Bundan əlavə, dəhliz Rusiya ilə Qərb ölkələri arasında gərginliyin qarşısını almaq üçün Süveyş kanalından yan keçən başqa bir marşrut yaradacaq.
Ağarza Elçinoğlu