Türkiyənin Kastamonu bölgəsində iki nəqliyyat vasitəsi toqquşub. 

"Unikal" xəbər verir ki, sərnişin avtobusu ilə minik maşının toqquşması nəticəsində 9 nəfər ağır yaralanıb. 

Taşköprü rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsinə səbəb nəqliyyat vasitələrindən birinin qarşı zolağa keçməsi olub. 

Yaralılar sağlamlıq qrupları tərəfindən xəstəxanalara aparılıb. Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu