Nikaraqua Xarici İşlər Nazirliyi bazar günü Mərkəzi Amerika respublikası ilə Vatikan arasında diplomatik əlaqələrin dayandırıldığını elan edib.

"Unikal" xəbər verir ki, nazirliyin açıqlamasına görə, Katolik Kilsəsi ilə əlaqəli mənbələrin açıqladığı məlumatları nəzərə alaraq, Nikaraqua Barışıq və Milli Birlik Hökuməti Vatikan Dövləti ilə Nikaraqua Respublikası arasında diplomatik əlaqələrin dayandırır.

Reuters agentliyi  Vatikandakı yüksək vəzifəli mənbəyə istinadən daha əvvəl də xəbər vermişdi ki, Nikaraqua prezidenti Daniel Orteqa Vatikanın Manuquadakı səfirliyini və Vatikandakı diplomatik nümayəndəliyini bağlamaq qərarına gəlib.

Onun sözlərinə görə, Nikaraqua rəhbərliyi Roma Papası Fransiskin Nikaraqua hökumətini diktatura ilə müqayisə etdiyi son bəyanatı ilə əlaqədar nümayəndəliklərinin bağlanmasına göstəriş verib.