Polşa 4-6 həftə ərzində MiQ-29 qırıcılarını Ukraynaya təhvil verməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski mətbuat konfransında bildirib .
"Polşada olan və hazırda Hərbi Hava Qüvvələrimizdə xidmət edən MiQ-29-ların qalan hissəsini tədarük etməyə hazırıq və əminəm ki, Ukrayna dərhal onlardan istifadə etməyə hazır olacaq", - nazir açıqlayıb.
O hesab edir ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə NATO standartlarına keçməyə çalışır və F-16-lardan da istifadə edəcək.
Ağarza Elçinoğlu