Rusiya Daxili İşlər Nazirliyi (DİN) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanı axtarışa verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumat bazasında qeyd olunub.
Xanın Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi əsasında axtarışda olduğu bildirilir.
Rusiyanın yurisdiksiyasını tanımadığı Haaqadakı BCM-nin məhkəməyə qədərki palatası martın 17-də məhkəmə tərəfindən deportasiyada ittiham olunan Putin və Rusiya Federasiyasının uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
Martın 20-də Rusiya Federasiyasının İstintaq Komitəsi BCM-nin hakimləri Tomoko Akane , Rosario Aytala və Serxio Qodinez və prokuror Kərim Xana qarşı cinayət işi açıb .
Daha sonra Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bəyan etdi ki, Rusiya Federasiyası İstintaq Komitəsi tezliklə Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərini axtarışa verəcək .
Bastrıkin həmçinin Almaniyanın ədliyyə naziri Marko Buşmanın Putinin AFR ərazisinə gələcəyi təqdirdə onu həbs etmək niyyəti ilə bağlı bəyanatına hüquqi qiymət verilməsini tapşırıb . Almaniya rəsmisi Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirməyə hazır olduğunu bildirib.