Livan hakimiyyəti "Barbie" filminin yalnız 13 yaşdan yuxarı insanlara nümayişinə icazə verib.

"Unikal" xəbər verir ki, Livanın senzura komitəsi ölkədə “Barbie” filminin nümayişinə icazə verib. Bu barədə yerli “Naharnet” xəbər portalı məlumat yayıb .

Portalın məlumatına görə, eyni zamanda Livan hakimiyyəti kinoteatrlarda ciddi yaş məhdudiyyətləri tətbiq edərək, yaşı 13-dən aşağı olan şəxslərin filmlərə baxmasını qadağan edib.

Materialda qeyd olunur ki, əvvəllər bu filmdə göstərilən dəyərlərin Livan cəmiyyətinin əxlaqi prinsipləri ilə uyğunsuzluğu səbəbindən bu filmin baxılmasına icazə verilməsi ilə bağlı ölkədə kəskin mübahisə yaranıb. Livan Mədəniyyət Nazirliyinin rəhbəri Məhəmməd Murtada filmin “ailə ənənələrini təhqir etdiyinə, homoseksuallığı və transseksuallığı təbliğ etdiyinə görə Livan xalqının mədəni və mənəvi dəyərlərinə zidd” olduğunu bildirib.

Bundan əvvəl Livanın mədəniyyət naziri Məhəmməd Murtada LGBT təbliğatına görə “Barbie” filminin respublika ərazisində nümayişinə qadağa qoyub .