Yəməndə 7 ayda qızılcadan 413 ölüm faktı qeydə alınıb.

"Unikal" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı bəyanatda Yəməndə uşaqlar arasında qızılca və məxmərək xəstəliyinin yayıldığı bildirilib. ÜST buna görə narahat olduğunu açıqlayıb.
Bəyanatda  Yəməndə ilin əvvəlindən iyul ayının sonuna qədər 34 min 300 qızılca və məxmərək xəstəliyinə yoluxma halının qeydə alındığı və bu müddət ərzində 413 nəfərin qızılcadan öldüyü vurğulanıb.
Bəyanatda həmçinin ötən il də 27 min qızılcaya yoluxma və 220 ölüm halının qeydə alındığı bildirilib. Qızılcaya yoluxma hallarının artmasının ölkədəki iqtisadi vəziyyətin pisləşməsi və gəlirlərin azalması səbəblərdən olduğu qeyd olunub.