"Rusiyada yaxın gələcəkdə Rusiya-Ukrayna müharibəsinə 3 milyona qədər insanı səfərbər etmək istəyən qüvvələr var".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü general-leytenant Andrey Qurulev məlumat verib.

Onun sözlərinə görə, belə bir həcmdə səfərbərliyi həyata keçirmək çətin olacaq, çünki çağırışçılar silah, geyim forması, avadanlıq, döyüş sursatı və digər ləvazimatlarla təmin edilməlidir. O qeyd edib ki, Rusiya hərbi-sənaye kompleksinin müəssisələri birdən-birə bu qədər məhsul buraxmır. Deputat qeyd edib ki, hakimiyyət başqa yolla getməyə, müqavilə əsasında işə götürməyə qərar verib. Bu versiyaya görə, ilin sonuna qədər 420 min əsgərin cəlb edilməsi planlaşdırılır. 

Hələlik Kreml yeni səfərbərlikdən çəkinir, çünki bu, ötən dəfə olduğu kimi Rusiya prezidenti Vladimir Putinin reytinqinə mənfi təsir göstərə bilər. Kütləvi hərbi xidmətə çağırışla bağlı bütün qanunvericilik aktları artıq qəbul edilib. Yaxın vaxtlarda səfərbərlikdən yayınmağa görə azadlıqdan məhrumetməni nəzərdə tutan qanun da müzakirəyə çıxarılacaq və qəbul ediləcək.